آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

DAĞLIQ QARABAĞA KÜRD KÖÇÜNÜN YENİ DALĞASI BAŞLAYIR "

DAĞLIQ QARABAĞA KÜRD KÖÇÜNÜN YENİ DALĞASI BAŞLAYIR "

 

AZerbaycan Oyrenci Herekati: İraqın şimalından çıxarılan terrorçular Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşırlar. İraq kürdlərinin lideri Cəlal Tələbani danışdı. Türk qoşunlarının Şimali İraqda keçirdiyi əmliyyatlardan sonra Tələbaninin dünən yayılan açıqlamaları ən azı Azərbaycan üçün xoş məramdan xəbər vermir: “Biz PKK-çıları Şimali İraqdan çıxaracağıq”. İndi burda bir məqama diqqət yetirək. Kürdlərin İrəvanda ...

" çıxan “Riya Taza” (“Yeni Yol”) və “Dange Yezidia” (“Yezidlərin səsi”) qəzetlərinin son saylarında Azərbaycanla bağlı 4 məqalə yer alıb.

Həmin yazılarda son 2 il ərzində Azərbaycana 5 minə yaxın kürdün köçməsi və onların ölkənin 18 rayonunda yerləşməsindən bəhs olunur. Bununla yanaşı, Dağlıq Qarabağ və ermənilərin nəzarətində olan ətraf rayonlarda hazırda 800 kürd ailəsinin məskunlaşdığı deyilir.

“Riya Taza” yazır: “Kəlbəcər rayonunda yezidi kürdlərin ”Xuada" tanrısının yardımçısı “Mələk Taus”un adına məbəd tikilməkdədi. Laçın rayonunda isə yezidilərin peyğəmbəri sayılan Şeyx Ədi bin Müsafir adına məktəb inşa olunur. Tikinti işlərinə İraq, Livan və Suriyadakı “ədəvi”lər adlanan təriqətə məxsus kürdlər maliyyə dəstəyi verir. Məktəbin inşası bitdikdən sonra Laçında kürdlərin “Sultan Yezid” mədəniyyət mərkəzinin açılması da planlaşdırılıb.

Həmin layihələrin rəhbəri “Yezidxana” təşkilatının banisi Siabənd Bakoyanın oğlu Cəmil Bakoyandır. Maliyyə vəsaitinin toplanması işi isə Karlene Çaçaniyə həvalə olunub".
PKK-nın nəzarətindəki “Roy TV”nin verdiyi xəbərlərdə isə bildirilir ki, Azərbaycana cəf, zilan, zaza, şəmsidi və baban kimi kürd tayfalarının mənsubları olan ailələrin köçünü sistemləşdirərək qaydaya salmaq üçün konkret addımların atılmasına ciddi ehtiyac duyulur.

“İndi Azərbaycan bölgələri olan ərazilərdə (erməni işğalında olan rayonlar nəzərdə tutulur, - E.M.) kürdlər hələ akkadlar və xetlərin vaxtlarında yaşayıblar. Bu barədə Ksenofontun ”Anabazis"ində, Strabon və Ptolomeyin əsərlərində də sübutlar var. Qədim “Korduena”, çağdaş Kürdüstan olan o torpaqlarda kürdlər yenidən məskunlaşmalı, qədim vətənlərinə dönməlidir. Bəzikani, himdani, dəyamilər kimi qədim tayfalarımızın sönmüş ocaqlarını yenidən yandırmalıyıq"-“Roy TV” bildirib.
İraqdakı kürdlərin “Kürdüstan Demokrat Partiyası”nın nəzarətindəki “Peyamner” agentliyi bildirir ki, bu ilin sonunadək Azərbaycana daha 4 minə yaxın kürdün köçü gözlənilir.
İraqdakı kürdlərin “Fırat” xəbər agentliyi isə bildirir ki, hazırda səncabi, şahnə, dimili, dərsim, xuramani-lehon, canrud tayfalarının ağaları Azərbaycana ailələr göndərməyi götür-qoy edir.

Əslində indiyədək də heç kimdə şübh doğurmurdu ki, Azərbaycana kürd köçü var və bu köçün arxasında duran məqsədlərdən biri də Azərbaycanın işğal altında olan ərazilərində “Kürdüstan” ideyasını kiçik şəkildə olsa da, reallaşdırmaqdır.
Naxçıvan, Gəncə və Azərbaycanın digər regionlarında kürdlərin yerləşdirilməsi, onların çoxlu sayda daşınmaz əmlak əldə etməsi ilə bağlı məlumatlar da daim qəzetimizdə yer alıb. Azərbaycanın işğal olunmuş ərazilərində də kürdlərin yerləşdirilməsi yeni xəbər deyil.

Əslində Suriya və İraqdan gələn kürd terrorçuları artıq bir neçə ildir ki, Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilir. Bu yerləşdirmə Türkiyə ordusunun PKK-ya qarşı apardığı antiterror əməliyyatından sonra daha da intensivləşib. Öz növbəsində Türkiyə müxtəlif yollarla bunun qarşısını almağa çalışır. Azərbaycan tərəfi isə beynəlxalq təşkilatlara müraciət edərək terrorçu Kürd Fəhlə Partiyasının silahlı dəstələrinin Dağlıq Qarabağda yerləşdirilməsini araşdırmağa çağırıb. Bəs Qarabağda kürdlər kimə lazımdı? PKK yaraqlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əsas məqsədi nədir? Orda kimə qarşı və hansı yöndə separatçı fəaliyyət göstərəcəklər?

Ermənistan rəsmiləri və kütləvi informasiya vasitələri terrorçuların Dağlıq Qarabağ və Ermənistanda yerləşdirilməsinə qəti etiraz edərək, bu sualların cavabını Azərbaycan hakimiyyətində axtarmağı məsləhət görür. Erməni rəsmilərinin fikrincə, Azərbaycan hakimiyyətində təmsil olunan kürdlər diqqəti özlərindən yayındırmaq məqsədilə bu cür söhbətləri ortalığa atıblar. Kürdlər isə işğal altında olan ərazilərdən daha çox Laçın, Kəlbəcər və Füzuli rayonlarında yerləşdirilirlər.
“Bizim Yol” qəzetinin mötəbər mənbəyə istinadən yazdığına görə, Kürd Fəhlə Partiyası dağlıq sahəsi olan Kandildən işğal altında olan ərazilərə dislokasiya olunur. Türkiyə mətbuatından götürülən bu məlumatlar türk kəşfiyyatına istinadən yazılıb. Bir vaxtlar Suriyadan çıxarılan, indi isə Şimali İraqda təzyiqlə üzləşən kürd yaraqlıları yerləşmək üçün ən münasib ərazi kimi Dağlıq Qarabağı seçib. Erməni terror təşkilatı ASALA ilə sıx münasibətdə olan Kürd Fəhlə Partiyasının Dağlıq Qarabağ ərazisini seçməsi də təsadüfi deyil. Artıq uzun müddətdir Cənubi Qafqazda məskunlaşan kürdlərə maddi dəstək də daha çox erməni terror təşkilatlarının maliyyə qaynaqlarından gəlir. Dağlıq Qarabağda məskunlaşan kürdlərin bir hissəsinin hətta Azərbaycan ərazisindən keçdiyi də deyilir. (musavat)

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد