سه شنبه 22 مرداد ماه سال 1387

TƏBRİZDƏ İRAN REJİMİ ƏLEYHİNƏ VƏRƏQƏLƏR YAYILIB

 Təbrizdə milli hərəkata bağlı tələbələrin həbsi kütləvi narazılıq doğurub. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən “Olaylara”a daxil olan məlumata görə, bir qədər əvvəl həbsə atılan tələbələrin azadlığa buraxılması tələbi yazılan vərəqələr paylanılıb.

Avqust ayında ikinci dəfə həyata keçirilən bu aksiya Ərdəbil və Sulduzda da keçirilib. Vərəqələrdə Vedud Əsədi, Səccad Radmehr, Dariyuş Hatəmi, Aydın Fazehi və Fərhad Zöhtabın azadlığı istənilir.

Xatırladaq ki, onlar 21 gün əvvəl həbs edilib və harada saxlandıqları bəlli deyil.

SƏBUHİ

www.musavat. com

مطلب را به بالاترین بفرستید: Balatarin