YEREVANDA AZƏRBAYCANA QARŞI HƏRBİ ƏMƏLİYYATLAR HAZIRLANIR?
AZerbaycan Oyrenci Herekati : Nikolay Bordyuja "Bakını xəbərdar etdiklərini" deyir. Rusiyada KTST-nin zəruri olan anda Ermənistana hərbi yardım göstərə biləcəyini bildirirlər
C.MƏMMƏDOV
"Qarabağda atışmalar, Bakı və Yerevan, Tbilisi və Moskva arasındakı münasibətlərdə gərginlik Cənubi Qafqazda vəziyyətin sabitlikdən uzaq olduğuna dəlalət edir. Bunun Kollektiv Təhlükəsizliyə dair Saziş Təşkilatının (KTST) bu ilin iyul-sentyabr aylarında Yerevanın 50 kilometrliyində yerləşən "Armavir" təlim mərkəzində "Rubej-2008" birgə komanda-qərargah təlimlərinin keçirilməsinə əngəl törədəcəyi istisna deyil". Bunu Rusiyanın "Nezavisimaya voyennoye obozreniye" qəzeti yazır.(ayna.az)